"Qarabağ" Çexiyaya nə vaxt gedir?

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Çexiyada "Viktoriya"nın qonağı olacaq "Qarabağ" bu gün adı çəkilən ölkəyə yola düşəcək. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edəcək. 

Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir. 

Qeyd edək ki, sabah "Dusan Arena"da keçiriləcək "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right