"Sabah" Niderlanddan vinger transfer etdi

“Sabah” növbəti transferini gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlanıb. Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.

Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl, karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV,  “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.

Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.

Vinger ötən mövsüm 28 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right