Mahirin oynadığı matçda "Konyaspor" 3 xala sevindi

Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Super Liqasının 23-cü turunda səfərdə "Alanyaspor"un qonağı olub.

Newsport.az xəbər verir ki, qarşılaşma Konya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir də bu görüşün iştirakçısı olub. Azərbaycanlı hücumçu start heyətdə oyuna başlayıb və 64 dəqiqə meydanda qalıb.

Xallarını 49-a yüksəldən "Konyaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

"Alanyaspor" - "Konyaspor" 0:3

Qollar: Alexandro Pozuelo, 15, 74, Soner Dikmen, 54





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right