"Kəpəz" Premyer Liqada daimi yer almaq üçün hər şeyə sahib klubdu"

"Kəpəz"in yenidən Azərbaycan Premyer Liqasına vəsiqə qazanmasına görə xoşbəxtəm. Vaxtilə mən də bu komandada oynamışam. Amma təəssüf ki, bu komandaya istədiyim köməkliyi edə bilmədim".

Newsport.az-ın məlumatına görəbunu Sportal.az saytına açıqlamasında Dieqo Qusmao deyib.

"Xəzər Lənkəran" və "Zirə"də oynadıqdan sonra son olaraq "Kəpəz"də çıxış etmiş braziliyalı Gəncə klubunun yenidən Premyer Liqaya yüksəlməsini şərh edib. O, "Kəpəz"in yüksək liqadakı çıxışından danışaraq, həm də Azərbaycandakı illərini xatırlayıb:

"Bu gün həyatda başqa planlarım var. Futzal oynayıram. Çünki təbii və ya sünii örtüklü meydanda oynayanda dizim çox ağrıyırdı. Futzalda isə "Xəzər Lənkəran"da oynadığım vaxtlardakı kimi yaxşı oynayıram. Ancaq daha kiçik məkanda oynayırıq.

O vaxtı "Kəpəz"də oynayanda bilirəm ki, lazım olan şərait yox idi. Maaş gecikmələri, strukturun olmaması kimi detalları qeyd edə bilərəm. "Kəpəz"ə uğurlar arzulayıram. Klub daxilində yaxşı insanlar çalışırdı. Ona görə də "Kəpəz"in Azərbaycan elitasına qayıtmasına görə çox şadam. Fanatlar hər zaman komandaya dəstək olurdu, şəhər futbolu sevirdi. "Kəpəz" Premyer Liqada daimi yer almaq üçün hər şeyə sahib klubdu. Sadəcə olaraq, onlara ciddi və etibarlı rəhbərlik lazımdı ki, futbolçuların gözləntilərini təmin etsin".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right