"Qarabağ" - "Sumqayıt" oyununun yeri və vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının 16-cı turunda təxirə salınmış "Qarabağ" - "Sumqayıt" görüşünün vaxtı və yeri açıqlanıb.  

Newsport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Görüş mayın 12-si "Azərsun Arena"da olacaq. Matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" hazırda Premyer Liqanın turnir cədvəlində 59 xalla liderdr. Ağdam təmsilçisi sona 3 tur qalmış çepionluğu rəsmiləşdirib. "Sumqayıt" isə 15 xalla 7-cidir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right