"Omoniya"nın çalışdırıcısı: "Qrupdan çıxmaq şansımız "Qarabağ"la oyundan əvvəlkindən daha azdı"

“Omoniya”nın baş məşqçisi Henning Berq Konfrans Liqasının 3-cü turunda oynayacaqları “Bazel”ə qarşı oyunundan əvvəl mətbuata danışıb.

Newsport.az xəbər verir ki, norveçli mütəxəssis Nikosiya klubunun qrupdan çıxmaq şanslarını dəyərləndirib və “Qarabağ”la oyunu xatırlayıb:

"Növbəti oyunu səbirsizliklə gözləyirik. "Bazel"in büdcəsi bizdən 5-6 dəfə çoxdu. Rəqibin keyfiyyətli, səviyyəli komanda olduğunu bilirik.

Qrupdan çıxmaq şansımıza gəlincə, "Qarabağ"la oyundan əvvəlkindən daha azdı. Ancaq biz burada təcrübə toplamaq üçün gəlmişik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right