Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçməyə hazırlaşır

“Milsami”dən ayrıldıqdan sonra klubsuz qalan milli komandamızın sabiq üzvü Amit Quluzadə yenidən legioner həyatı yaşamağa hazırlaşır.

Newsport.az saytının məlumatına görə, futbolçu Yunanıstan ikinci liqasında çıxış edən “Apollon Larissa”ya keçməyə hazırlaşır. Quluzadə məsələ haqda saytımıza açıqlamasında bu cür danışıb: “Bəli, Yunanıstan klubu ilə danışıq aparıram.

Hazırda bu klub ikinci liqada mübarizə aparan “Apollon Larissa”dı. Mən və menecerim klub prezidenti Panayotos Mantzanasla danışıqlar aparırıq. Bu təklifə çox pozitiv yanaşıram. Çünki Larissa şəhərini və insanlarını yaxşı tanıyıram. Axı əvvəllər mən AEL-də oynamışam. Ümidvaram ki, “Apollon Larissa”da əla sezon keçirəcəyik”.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right