"Desəm ki, favorit Azərbaycan millisidir, mənə gülərlər”

“Desəm ki, favorit Azərbaycan millisidir, mənə gülərlər”.

Newsport.az-ın məlumatına görəbu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu və kapitanı Aslan Kərimov dilə gətirib.

Yığma Portuqaliya ilə matçda aparıcı mərkəz müdafiəçilərinin yoxluğundan əziyyət çəkəcək. Bədavi Hüseynovla Bəhlul Mustafazadə zədə səbəbindən toplanışa cəlb olunmamışdısa, Maksim Medvedev irlandlarla oyunda xəsarət aldı.

Anton Krivotsyuk isə cəzalı duruma düşdüyündən, görüşü kənardan izləyəcək. Belə vəziyyətdə millinin portəgizlər önündə necə tab gətirəcəyi, təzyiqə necə dözəcəyi maraq doğurur.

Vaxtilə ölkənin bir nömrəli komandasının şərəfini qorumuş Kərimov yığmanın işinin ağır olacağını gizlətmədi:

“Adlarını çəkdiyiniz müdafiəçilər olsaydı belə, bizim üçün yenə çətin olacaqdı. Bu gün söhbət Avropanın ən yaxşı komandalarından birindən gedirsə, məsələ məlumdur.

Kriştiano Ronaldonun yoxluğunda belə, heyətdəki digər ulduzların varlığı rəqibin gücündən xəbər verir. Canni de Byaz i “5-li” müdafiə sisteminə güvənir ki, belədə mərkəz müdafiəçiləri arasındakı anlaşma səviyyəsi yüksək olmalıdır.

Amma bu cür dəyişikliklər olanda iş bir az da çətinləşir. Üstəlik, İrlandiya ilə oyunda futbolçular həddən artıq güc sərf etdilər. Portuqaliya ilə Bakıya nisbətən rahat gəlir”.

Aslan bəy xüsusən kapitanın yoxluğunu ciddi itki sayır: “Bu mənada son vaxtlar sabit oyun sərgiləyən Maksim Medvedevin yoxluğunu qeyd etməliyəm.

Həm kapitandır, həm də müdafiənin istənilən yerində oynamağı bacarır. Təcrübəsi də öz yerində. Onun yoxluğu özünü göstərəcək”.

Azərbaycan – Portuqaliya matçının start fiti sentyabrın 7-də, saat 20.00-da Bakı Olimpiya stadionunda çalınacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right