Azərbaycanın tanınmış futbolçusu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov vəfat edib.

Newsport.az-ın məlumatına görə, Cavadov 71 yaşında koronavirusdan ölüb.

Füzuli Cavadov 1972-1978-ci illərdə “Neftçi”də çıxış edib. O, Naxçıvanın “Araz”, həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın “Dauqava” komandalarında da çıxış edib.

Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right