"Keşlə" yeni transferini itirdi

"Keşlə" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçi Sadio Tounkara Premyer Liqanın 16-cı turunda "Zirə" ilə oyunda (2:2) sıradan çıxıb.

Komandasının 2-ci qolunu vuran malili futbolçu oyunu davam etdirə bilməyib və 26-cı dəqiqədə əvəzlənib. Onun bir müddət komandaya kömək etməyəcəyi gözlənilir.

28 yaşlı futbolçu qış fasiləsində paytaxt təmsilçisinə keçib. O, meydana çıxdığı 5 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right