"Qarabağ"ın 400-cü səfər oyunu

“Qarabağ” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yubiley “Sabah”la 14-cü turun matçında gerçəkləşib. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” rəqib meydanlarındakı 400 görüşdə 182 dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda “Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right