"Bunu “Qarabağ”la oyundan sonra özünə də dedim ki..."

“İlin ən yaxşısı seçimi zamanı ilk növbədə avrokuboklarda və millinin oyunlarında fərqlənən futbolçular nəzərdən keçirilməlidir”.

Newsport.az-ın məlumatına görə, bunu apasport.az-ın Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Qəbələ” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Yığmamızın sabiq üzvü “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevi hər kəsdən üstün sayıb. 33 yaşlı orta sahə oyunçusu seçimini belə əsaslandırıb:

“Qarabağ” bu mövsüm avrokuboklarda qrupa qədər irəlilədi, milliyə də çox oyunçu verdi. Bu komandanın qapıçısı Şahrudin Məhəmmədəliyevi ötən ilin ən yaxşısı hesab edirəm.

Onun həm millidə, həm də klubundakı performansından xoşum gəldi. Bunu “Qarabağ”la oyundan sonra özünə də bildirmişəm. Əlini sıxıb dedim ki, halal olsun, yaxşı formadasan”.

Hüseynov Ağdam klubunun gənc üzvü, eyni zamanda keçən il yığmamızda debüt edən yarımmüdafiəçi İsmayıl İbrahimlinin də yaxşı formada olduğunu əlavə edib.

Buna qədər “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov, “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov, eləcə də futbolçular Əfran İsmayılov (“Səbail”), Vüsal İsgəndərli (“Keşlə”) və Mehdi Cənnətov (“Sumqayıt”) ilin ən yaxşı futbolçusu kimi Şahrudin Məhəmmədəliyevi seçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right