"Qarabağ" "Sivasspor"a uduzdu Yenilənib

Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək.
 
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq.
 
“Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirəcək. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qorumaq üçün qalib gəlməlidir. Hətta heç-heçə də təmsilçimizin qrupdan çıxmaq şansını minimuma endirəcək.
 
Qeyd edək ki, qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edəcək.
 
Avropa Liqası
İ qrupu
26 noyabr
 
21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) - 2:3 
Qollar:
 Adbullah Zubir, 8 (1:0), Kone, 40-pen. (1:1), Uroş Matiç, 51, Kayode, 56 (2:2), Kone, 79 (2:3)
Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul. “Başakşəhər” Fatih Terim Stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right