"Qarabağ" hücumçu axtarışında

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, hazırda Ağdam klubunun əsas hədəfi hücumçu almaqdı. "Atlılar"ın heyətində hücumun sivri ucunda oynaya biləcək yalnız iki futbolçu var: Mahir Emreli və Kvabena Ovusu. Ovusu da əsasən cinah oyunçusu olduğu üçün "Qarabağ" irəli xətti gücləndirmək məqsədi ilə yeni frorvard axtarışındadı.

"Qarabağ" Avropa Liqasının İ qrupunda "Vilyarreal" (İspaniya), "makkabi" (Tel-Əviv, İsrail) və "Sivasspor"la (Türkiyə) mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right