Onlar "Neftçi" ilə oyunu buraxacaqlar

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Qalatasaray”ın heyətində itkilər var. Newsport.az xəbər verir ki, bunlar hücumçu Mbaye Dianla yarımmüdafiəçi Emre Akbabadır.

Sneqallı forvard dünən məşqlərin bir hissəsində komanda ilə iştirak edib. Akbaba isə hazırlığı fərdi olaraq davam etdirir.

Dianın adının sabah Super Liqanın ilk turunda “Qaziantep”lə görüşdə işitrak ərizəsində olacağı gözlənilir. Emrenin isə III turda “Fənərbaxça” derbisinə çatacağı vurğulanıb.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right