Rüfət Dadaşov darmadağının iştirakçısı oldu

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Foneks Rayzinq” komandası növbəti qələbəsini qazanıb.

Newsport.az xəbər verir ki, Birinci Liqa təmsilçisi (USL) B qurupunda səfərdə “La Qalaksi 2” klubu ilə qarşılaşıb. Komanda görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.

Millimizin üzvü də oyunun iştirakçısı olub. Rüfət matmın 67-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Foneks Rayzinq” 5 komandanın mübarizə apardığı B qrupunda birinci sıradadır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right