Daha bir gənc futbolçumuz avrokuboklarda debüt etdi

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev avrokuboklarda debüt edib.

Newsport.az-ın məlumatına görə, 26.10.2000-ci il təvəllüdlü yarımmüdafiəçi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sileks"lə ev matçında (4:0) iştirak edib. O, 83-cü dəqiqədə Xayme Romeronu əvəzləyərək meydana daxil olub.

Qeyd edək ki, E.Cəfərquliyev buna qədər icarə əsasında "Sumqayıt"da çıxış edib. O, U-21 millimizin də üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right