Azərbaycanlının prezidenti olduğu klub Macarıstan çempionu oldu

Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub.

Newsport.az xəbər verir ki, 30-cu turda “Honved”i 2:0 hesabı ilə məğlub edən “Ferentsvaroş” xalını 70-ə çatdırıb və sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Ölkənin ən məşhur klubu 29 matçdan 56 xal toplayan “Fehervar” üçün əlçatmaz olub.

Qeyd edək ki, “Ferentsvaroş” 31-ci dəfə çempion olub. Komanda 2020/21 mövsümü üçün Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub.

Yeri gəlmişkən, “Ferentsvaroş” klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur. Qubadov Azərbaycanın Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb. O, 2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır. Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə bitirib. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb. Qubadov 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçimlərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right