Azərbaycanda karantindən sonra ilk futbol matçı

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək. Newsport.az xəbər verir ki, bu, “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq. 

Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 sınaq qarşılaşması birdən keçiriləcək. 

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub. 

Yoxlama matçı

9 iyun

19:30. “Sabah” – “Qarabağ”

Bakı. Bank Respublika Arena stadionu

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right