"Sabah"ın qapıçısı virusa yoluxan jurnalistə dəyər verdi

Lap pasportunda Serbiya vətəndaşı olduğu göstərilsin, amma möhür və ölkəyə sevgi iki fərqli anlayışdır. Söhbət "Sabah"ın qapıçısı Saşa Stamenkoviçdən gedir.
 

Həmkarımız Anar Cəfərsoyun xəstəliyindən xəbər tutan 35 yaşlı qapıçı digər həmkarımız Gündüz Abbaszadə vasitəsi ilə dərhal onunla əlaqə saxlayıb. Və burdakı məqam heç maddi yardımdan getmir (hərçənd, belə vəziyyətdə bu, az əhəmiyyətli deyil).  Saşa idman jurnalistikasının "futbol" adlı böyük bir mexanizmin bir detalı olduğunu gözəl dərk edərək xeyirxahlığını göstərdi.
 

Yeri gəlmişkən, Stamenkoviç 4500 manat məbləğində olan aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right