Robert Prosineçki: "Azərbaycandan heç kimlə əlaqə qurmamışam"

“Koronavirus bütün planları pozdu. Ancaq hər şeyin alt-üst olacağını düşünmürəm. Futbol yenə bərpa olacaq, ən pis halda oyunlar azarkeşsiz keçiriləcək. Klubların maddi ziyana uğradıqları dəqiqdir. Məncə, bundan sonra bahalı transferlər görməyəcəyik”

Newsport.az xəbər verir ki, bu sözləri “Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki “Sport.avaz.ba” saytına geniş müsahibəsində deyib. O, yenidən Azərbaycan millisinə baş məşqçi olacağı ilə bağlı iddialara da münasibət bildirib: “Bu xəbərin hardan çıxdığını bilmirəm. Belə bir şey yoxdur. Azərbaycandan heç kimlə əlaqə qurmamışam”.

Qeyd edək ki, Robert Prosineçki 2014 -17-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right