"Tottenhem" Rouzu icarəyə verdi

"Tottenhem" müdafiəçisi Denni Rouzu "Nyukasl"a icarəyə verib.

 

Newsport.az xəbər verir ki, İngiltərə millisinin üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 29 yaşlı sol cinah müdafiəçisi keçidi ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

"Eşitdim ki, "Nyukasl" sol cinah müdafiəçisi axtarır. Həmin an agentimə zəng elədim və dedim ki, bu transferi həll edə bilərsən? Bir müddət keçdi və mən burdayam".

 

29 yaşlı futbolçu 2007-ci ildə "Lids"dən "Tottenhem"ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right