Bakıda keçirilən matçda dava düşdü, hakim döyüldü

Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşüb.

Newsport.az xəbər verir ki, hadisə “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” komandalarının oyununda baş verib.

Belə ki, “Dənizkənarı Bulvar İdarəsi”nin oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb.

Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi”ndən Ceyhun İmaməli də iştirak edib. Həmin anın videosunu təqdim edirik:





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right