"Qəbələ"nin komandaları Gürcüstandan qələbəsiz qayıtdı

“Qəbələ” futbol akademiyasının U-15 və U-12 komandaları ötən gün Gürcüstanın paytaxtı Tbilisidən geri qayıdıblar.

 

"Qəbələ" və "Dinamo" klubları arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində azərbaycanlı futbolçular 4 gün ərzində qərb qonşularımızın qonağı olublar.

 

Səfər çərçivəsində keçirilmiş oyunlarda “Qəbələ”nin 12 yaşadək futbolçuları 0:2, 2:3, 15 yaşadək futbolçuları 0:1 və 0:2 hesablı məğlubiyyətlərlə üzləşiblər.

 

Mövsümün sonunadək Gürcüstan klubu da eyni şərtlərlə “Qəbələ” akademiyasıbın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right