“Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sevilya” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Newsport.az xəbər verir ki, UEFA qarşılaşmaya İsveçdən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
 
Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim ədalət təmsilçisi olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.
 
Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right