Hakimi söyən və təşkilatçını vurmaq istəyən məşqçilər cəzalandırıldı

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında bir sıra sərt qərarlar qəbul olunub. Newsport.az saytı xəbər verir ki, komitə aşağı yaş qrupundakı liqalarda qeydə alınmış intizamsızlıqlara layiqli qiymət verib.

Region Liqasının “İmişli” – “Ağsu Sity” oyununda birincilərin baş məşqçisi Süleyman İsayev hakimə qarşı təhqiredici ifadələr işlətdibsə, U-12 Liqasında “Neftçi” İK İB-nin çalışdırıcısı Arif Ağayev Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin nümayəndəsinə qarşı aqressiv davranış göstərib. Bu üzdən hər iki mütəxəssisə 5 oyunluq cəza kəsilib.

Region Liqasının “Energetik” – “Qosqar UGİM-2” matçında “Qoşqar UGİM-2”nın futbolçusu Cavid Abbasov, Gənclər Liqasının “Qəbələ” – “Neftçi” görüşündə “Qəbələ”li İdris İnqilablı, U-16 Liqasının “Zirə” – “Xilə” qarşılaşmasında “Xilə”nin oyunçusu Orxan Novruzov, futzal üzrə Birinci Liqanın “Ayax Baku” – “Qarabağ Füzuli” oyununda isə “Qarabağ Füzuli”nin üzvü Coşqun Süleymanov hakimə qarşı təhqiredici ifadələr işlədib. Bu, adıçəkilən futbolçuların 4 oyunluq diskvalifikasiyasına səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right