Hakimi söyən futbolçulara 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasında “Tufan” – “Zirə” matçının 57-ci dəqiqəsində “Tufan”ın futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 57-ci dəqiqəsində “Zirə”nin futbolçusu Rövşən İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 57-ci dəqiqəsində “Zirə”nin futbolçusu Əli Sadıxov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Gənclər Liqasında “Sumqayıt” – “Neftçi” matçının 82-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Fərid Yusifli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Region Liqasında “Ağsu Siti” – “Araz” (Saatlı) matçının 44-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Arzuman Nəsibov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Region Liqasında “Qusar” – “İrəvan” matçının 52-ci dəqiqəsində “Qusar”ın futbolçusu Vüsal Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Region Liqasında “Energetik” – “Oğuz” matçının 70-ci dəqiqəsində “Oğuz”un futbolçusu Orxan Hacıbalayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Gənclər Liqasında “Neftçi” – “Keşlə” matçının 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu İnqilab Ələkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” – “Keşlə” matçı başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Cavanşir Şahbazlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Zirə” – “Sabah” matçının 67-cı dəqiqəsində “Sabah”ın futbolçusu Seymur Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 70-cı dəqiqəsində “Zirə”nin futbolçusu Alı Alı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Tufan” – “Səbail” matçının 38-ci dəqiqəsində “Səbail”in futbolçusu Raul Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Kamil Nəzərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” İK İB – “Xəzər Lənkəran” matçının 39-cu dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Rahib Bəylərli qeyri-etik ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-16 Liqasında “Qarabağ” – “Sabah” matçının 55-ci dəqiqəsində “Sabah”ın futbolçusu Mahir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 U-15 Liqasında “Neftçi” İK İB – “Sumqayıt” matçının 63-cü dəqiqəsində “Neftçi” İK İB klubunun futbolçusu Əkbər Hüseynzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyundan sonra “Neftçi” İK İB klubunun futbolçusu Nəsir Şükürlü və “Sumqayıt”ın futbolçusu İbrahim Nağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Neftçi” PFK – “Keşlə” matçında “Keşlə”nin məşqçisi Nürəddin Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Şahdağ” (Qusar) – UGİM (Xaçmaz) matçının 40-cı dəqiqəsində “Şahdağ”ın futbolçusu Mirzəcan Musayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında “Qarabağ” – “Xəzri” İK matçının 23-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Teymur Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında “Şirvan” – “Kürdəmir” Gİİ matçının 40-cı dəqiqəsində “Şirvan”ın futbolçusu Faiq Xanıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-11 Liqasında “Ərgünəş” (Sumqayıt) – “Gənclik 95” (Sumqayıt) matçının 35-ci dəqiqəsində “Gənclik”in məşqçisi Asif Əsgərov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.

U-10 Liqasında “Sumqayıtspor” – “Uğur” matçında “Uğur”un məşqçisi Ruslan Babaşov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasında “Qəbələ” – “Fidan” matçında “Qəbələ”nin futbolçusu Lamiyə Adimova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqada “Forza Neftçi” – “Ulduz” matçının 29-cu dəqiqəsində “Ulduz”un futzalçısı Babək Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqada “AjaxBaku” – ADBTİA matçının 15-ci dəqiqəsində ADBTİA klubunun futzalçısı Taleh Muradov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 20-ci dəqiqəsində “AjaxBaku” klubunun futzalçısı Böyükağa Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Altay” – “Star karqo-2” matçının 19-cu dəqiqəsində “Altay”ın futzalçısı Şirin Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Baku Fire-3” – “Təbriz” matçının 24-cü dəqiqəsində “Təbriz”in futzalçısı Samir Əzimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 24-cü dəqiqəsində “Baku Fire-3” klubunun futzalçısı Erkin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Eminspor” – “Bibi-Heybət” matçının 30-cu dəqiqəsində “Eminspor”un futbolçusu Elməddin Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Zülfüqar” – “Timsport” matçının 26-cı dəqiqəsində “Zulfuqar”ın futzalçısı Rüstəm Balakişiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 26-cı dəqiqəsində “Timsport”un futzalçısı Fərid Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right