“Dundalk” – “Qarabağ” matçının vaxtı bəlli oldu

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dundalk” – “Qarabağ” görüşünün vaxtı müəyyənləşib. Newsport.az xəbər verir ki, komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq.

Belə ki, Azərbaycan çempionu iyulun 24-də Dundalkda yerli komandanın qonağı olacaq. “Oriel Park”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək və 21:00-da başlayacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right