"Qolsuz bərabərlik yaxşı nəticədi" "Partizani"nin prezidenti

"Yaxşı oyun keçdi. "Qarabağ" güclü komandadı". Newsport.az saytının məlumatına görə, bunu "Partizani"nin prezidenti Qazmend Demi deyib.

O, yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib.

Klub rəhbəri 0:0 hesabını uğurlu nəticə sayır: "Qol imkanlarımız olsa da, yararlana bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədi. Bu hesab sayəsində əmsalımızı da artırırıq. Cütün qalibi haqda sual açıq qalır, hələlik xüsusi bir şey baş verməyib. "Ferensvaroş"u xatırlayırsınız? Onlar burda qol vurmuşdular, biz isə səfərdə. Baş məşqçimizin komandanı cavab matçına hazırlamaq üçün vaxtı var. Bu da yaxşı haldı".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü gələn həftə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right