"Qarabağ"ın rəqibindən qələbə

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" yoxlama oyunu keçirib.

Newsport.az xəbər verir ki, Tirana təmsilçisi Polşanın yüksək liqasında çıxış edən "Krakoviya" klubu ilə qarşılaşıb. Görüş albaniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Lukas Kardoso vurub.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra paytaxtımızda keçiriləcək. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right