"Qarabağ"ın futbolçusu Superliqa yolunda

"Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Newsport.az saytının bu ölkənin mətbuatına istinadən məlumatına görə, "Çaykur Rizəspor" haitili futbolçunun keçidində israrlıdı.

Rizə təmsilçisi hazırda milli komandasının düşərgəsində olan 30 yaşlı cinah oyunçusu ilə danışıqlara başlayıb. Hətta Geryenin Superliqa klubuna keçməyə müsbət yanaşdığı da bildirilir. Lakin "Çaykur Rizəspor"un qarşısında 2 maneə var. Birincisi, sabiq "Alanyaspor"lunun "Qarabağ"la müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdı. İkincisi isə rizəlilər Gerye uğrunda mübarizədə tək deyil. Belə ki, Avropanın bir neçə klubu ilə yanaşı, "Dənizlispor" da onu heyətinə qatmaq fikrindədi.

2017-ci ildən "Qarabağ"da çıxış edən Vild-Donald Geryenin komandada qalıb-qalmayacağı hələ də bəlli deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right