"Zirə" sabiq kapitanı ilə iki illik müqavilə imzaladı

9 futbolçu ilə yolları rəsmən ayıran "Zirə" heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Bakı ətrafı qəsəbə təmsilçisi "Sumqayıt"la müqaviləsi başa çatan Elvin Məmmədovu sıralarına qatıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Məmmədov 2016/17 mövsümündə "Zirə"də çıxış edib və komandanın kapitanı olub. Azərbaycan millisinin sabiq üzvü ötən yay "Qəbələ"dən "Sumqayıt"a keçmişdi. Təcrübəli oyunçu başa çatan mövsümdə 18 oyuna 2 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right