"Final üçün Bakıya 30 mindən çox əcnəbi azarkeş gələcək" Azad Rəhimov

“Bakı UEFA Avropa Liqası finalına hazırdır. Azərbaycana 30 mindən çox əcnəbi azarkeş gələcək”. Newsport.az xəbər verir ki, bu sözləri “Anadolu Agentliyi”nə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib. 

O, UEFA rəsmilərinin Bakı Olimpiya Stadionunu yoxladığını bildirib: “Stadionu yoxladılar və 5 ballıq sistemlə 4,5 bal verdilər. Hər hissəsi düşünülərək inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin də hava limanından rahat gəlməsi üçün hər şey düşünülüb”.

Qeyd edək ki, Avropa Liqasının finalında “Arsenal” və “Çelsi” üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda mayın 29-da saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right