"Qəbələ"də "Sumqayıt"la oyundan öncə daha bir şok itki

Azərbaycan kubokunun finalında "Sumqayıt"la qarşılaşacaq "Qəbələ" daha bir ciddi itkiylə üzləşib.

 

Newsport.az-ın məlumatına görə "qırmızı-qaralar"ın qapıçısı Dmitri Bezotosnı oyun öncəsi isinmə hərəkətləri zamanı zədələnib. Əzələsini dartan ukraynalı qolkiper start heyətdə yer almayacaq. Onun əvəzinə meydana Anar Nəzirov çıxacaq.

 

"Qəbələ"nin bombardiri Ceyms Adeniyi xəstələndiyi üçün bu görüşün iştirakçısı olmayacaq. Amin Seydiyevlə albaniyalı yarımmüdafiəçi Sabien Lilay isə cəzalı durumdadır.

 

Naxçıvanda keçiriləcək "Qəbələ" - "Sumqayıt" finalı saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right