Emil Balayev oynamadı, “Tobol” darmadağın oldu

Futbol üzrə Qazaxıstan çempionatında 10-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Kaysar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Emil bu görüşün iştirakçısı olmayıb. Bir neçə gün öncə “Kayrat”la kubok görüşündə zədə alan millimizin üzvü bu oyunda komandasına kömək edə bilməyib.

“Tobol” hazırda 20 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right