"Qəbələ"də ciddi itki "Qarabağ"la oyunları buraxacaq

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə zədələnən "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının durumu ciddidir.

Newsport.az xəbər verir ki, ukraynalı qolkiper 2-3 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, 36 yaşlı qapıçı ölkə kubokunun yarımfinalında "Qarabağ"la keçiriləcək oyunları, Premyer Liqamızda isə ən azı "Səbail" və "Neftçi" ilə görüşləri buraxacaq.

Qeyd edək ki, "Qəbələ" sabah "Qarabağ"la öz meydanında, mayın 1-də isə səfərdə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right