"Yaxşı oynamadığımız göz önündədi" Daliç

"Başa düşməliyik ki, dünya çempionatının üstündən çox vaxt keçib və bəzi şeylər dəyişib. Heyətdə müəyyən dəyişikliklər olub. Yeniləri ağır proses gözləyir". Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə qrup mərhələsindəki ilk iki oyunu dəyərləndirib. O, Azərbaycan və Macarıstanla görüşləri yaxşı keçirmədiklərini etiraf edib: "Yaxşı oynamadığımız göz önündədi. Ancaq bundan qaçmaq lazımdı. Xüsusən də, Macarıstanla Budapeştdəki matçda 30 dəqiqə yaxşı çıxış etdik, sonra oyunumuzda eniş yarandı. Arxayınlaşaraq rəqibin qələbəsinə şərait yaratdıq. Baş məşqçi kimi məsuliyyəti üzərimə götürüb, bu problemi yoluna qoymalıyam".

Qeyd edək ki, seçmə mərhələnin ilk oyununda millimizi Zaqrebdə 2:1 hesablı ilə məğlub edən xorvatlar Budapeştdə Macarıstana eyni hesabla uduzub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah