U-15 Liqası: "Neftçi" - "Qarabağ": Kim qalib gələcək?

Bu gün U-15 Liqasında 18-ci tura start veriləcək.

 

Sportinfo.az xəbər verir ki, ilk oyun günü 5 qarşılaşma keçiriləcək.

 

Daha 2 matç isə sabaha təyin olunub. Turun mərkəzi oyunu Binə qəsəbə stadionunda baş tutacaq.

 

3-cü pillədə qərarlaşan «Neftçi» özündən 1 «mərtəbə» aşağının «sakin»i «Qarabağ»ı qəbul edəcək. Qələbə hər 2 komandaya hava-su kimi vacibdi.

 

«Neftçi» qalib gələcəyi təqdirdə çempionluq yarışından düşməyəcək. «Qarabağ» 3 xalı aktivinə yazarsa, rəqibi ilə xal fərqini 2-ə endirəcək və bürünc medallara iddiasını davam etdirəcək.

 

2 mart (şənbə)

12:00 «Neftçi» İK İB – «Mil-Muğan» (Lökbatan OİK-nin meydanı)

13:00 «Neftçi» - «Qarabağ» (Binə qəsəbə stadionu)

14:00 Gəncə TİM – «Sabah» (Göygöl OİK-nin meydanı)

15:00 İsgəndər Cavadov BFA – «Qəbələ» (Abşeron OİK-nin meydanı)

15:00 «Xilə» - «Zirə» (Şağan OİK-nin meydanı)

 

3 mart (bazar)

«Səbail» - «Keşlə» («Bayıl Arena»)

«Zaqatala» - «Sumqayıt» (Zaqatala şəhər stadionu)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Sənan Ağalarov, İbrahim Ramazanov (hər ikisi «Qəbələ»), Nihat Həşimli («Mil-Muğan»), Şahmar Aşurov («Sabah»), Tofiq Bayramov («Keşlə»).

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 28 qol, Şahmar Aşurov («Sabah») – 26 qol.

 

«Het-trik news» qəzeti

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right