Premyer Liqanın 17-ci turunda neçə azarkeş qeydə alındı?

Azərbaycan Premyer Liqasının 17-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun ilk görüşü "ASK Arena"da "Keşlə" və "Sumqayıt" arasında baş tutub. Meydan sahiblərinin 2:1 hesablı qələbəsini stadionda 500 nəfər izləyib.

 

Zirə İdman Kompleksinin stadionunda baş tutan "Zirə" - "Neftçi" matçında (0:0) 1200, "Bayıl Arena"da reallaşan "Səbail" - "Sabah" qarşılaşmasında (1:0) isə 200 azarkeş qeydə alınıb.

 

Turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" və "Qəbələ" arasında baş tutub. Ağdam klubunun 2:1 hesablı qələbəsini triubnalardan 2000 nəfər izləyib.

 

Beləliklə, 17-ci turda 3900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 975 fanat deməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right