Dadaşovsuz “Eştoril”dən qələbə

Futbol üzrə Portuqaliya Sequndasında 20-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Kova de Piedade” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.


Dadaşov bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.


“Eştoril” 21 oyuna topladığı 36 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right