İsrafilov oynadı, “Alkorkon” qalib gəldi

Futbol üzrə İspaniya Sequndasında 23-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Kordoba” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 2:1.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin sabiq üzvü 53-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Hazırda 38 xala malik “Alkorkon” 22 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right