Qazzayev "Sabah"la matçda çatışmazlıqlardan danışdı: "Futbolçularımız xarakter göstərdilər"

"Növbəti yoxlama matçımızda ümumi qrupda çalışan bütün futbolçulara oynamaq imkanı verdik. Komandamızın bugünkü gündə hazırlıq səviyyəsinə baxmaq istəyirdik". Newsport.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın "Tobol" klubunun baş məşqçisi Vladimir Qazzayev "Sabah"la Antalyada 2:2 hesabıyla nəticələnən yoxlama qarşılaşmasından sonra bildirib.

Topaz Premyer Liqasının debütantı 2:0 hesabıyla irəlidə olsa da, qazaxlar əzmarlıq göstərərək 2 qol vurmaqla məğlubiyyətdən qaçdılar. Qazzayev ümumilikdə götürdükdə ilk hissənin birinci yarısından razı qaldığını söyləyib: "Komanda nəzərdə tutduğumuz bütün tələbləri dəqiq yerinə yetirirdi. Ancaq demək lazımdı ki, ağır yükləmək altında oynayırdıq. Komandaya hərəkətlilik çatmırdı ki, hazırlığın bu mərhələsində belə də olmalıdı. Futbolçular xarakter göstərdilər, iki top fərqiylə uduzduqları halda onun əvəzini çıxdılar. Bu matçda gənclər özlərini heç də pis göstərmədilər. Ümumilikdə, hər qarşılaşma informasiya xarakteri daşıyır. Bəli, bir sıra səhvlər buraxdıq. Bunun üzərində işləyəcəyik və oyun keyfiyyətimizi yaxşılaşdıracağıq. Hazırlıq planlı rejimdə gedir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right