Bordinə yer tapılmadı, Qurbanov tək qaldı

Ötən həftə 123 xalla 962-ci olan mütəxəssisə “1000-lik”də yer tapılmayıb. Nəticədə Qurbanov siyahıda tək qalıb.

Məşqçilərin reytinq siyahısı açıqlanıb. Newsport.az xəbər verir ki, hər həftə açıqlanan cədvəldə Topaz Premyer Liqasında çalışanlardan yalnız Qurban Qurbanov yer alıb.

“Qarabağ”ın baş məşqçisi 1073 xalla 491-cıdi. 47 yaşlı mütəxəssis son bir həftədə 25 pillə geriləyib.

Uzun müddət Qurbanovla birlikdə cədvələ daxil edilən “Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin isə siyahını tərk edib. Ötən həftə 123 xalla 962-ci olan mütəxəssisə “1000-lik”də yer tapılmayıb. Nəticədə Qurbanov siyahıda tək qalıb.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 255 xal.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right