Ayxan Abbasov: "Bütün mövqeylərdə rəqabətin olmasını istəyirik"

"Yanvarın 4-dən etibarən məşqlərimiz davam edir. Futbolçular qış fasiləsindən sonra istər-istəməz tam formada olmurlar, lakin, plana əsasən keçirilən məşqlərdən sonra yoxlama oyunu bizim üçün önəmli idi. Futbolçular da özlərini yaxşı cəhətdən göstərməyə çalışdılar".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov I Divizion təmsilçisi "Şüvəlan"a 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib. Gənc mütəxəssis yeni transferlərin komandaya uyğunlaşdığını deyib:

"Bugünkü oyunda əsas istəyimiz hərəkətli oyun görmək idi. Yeni transferlərimizin hər üçü bu gün meydanda oldu. Yavaş-yavaş onlar da komandaya uyğunlaşır. Çalışırıq transferlərlə heyətimizi daha da gücləndirək. Bütün mövqelərdə futbolçular arasında rəqabətin olmasını istəyirik. Ümid edirəm ki, Antalya toplanışı ərzində bu məsələni həll etmiş olacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right