“Qarabağ” çox böyüyüb, amma favorit “Sportinq”dir”

“Qarabağ”ı yaxşı tanıyıram. İki il “Qəbələ”də oynamışam və bu komanda ilə bir neçə dəfə qarşılaşmışam”. 
 
Newsport.az xəbər verir ki, bu sözləri “A Bola” nəşrinə  açıqlamasında “Qəbələ”nin keçmiş qapıçısı Dieqo Koşta deyib.
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın bu gün “Sportinq”lə keçiriləcək oyunundan danışan braziliyalı qolkiper Ağdam klubu haqda müsbət fikirlər səslənidirb: “Qarabağ” son illər çox böyüyüb, ardıcıl 5 dəfə Azərbaycan çempionu olublar. Əvvəl ardıcıl 3 dəfə çempion olmuş “Neftçi”nin hegemonluğuna son qoydular. 
"Qarabağ" çox sərmayə qoyub və ölkədə ən böyük futbol gücünə çevirilib. Komanda möhtəşəm bir quruluşa sahibdir".
 
39 yaşlı qapıçı matçın favoritinin "Sportinq" olduğunu bildirib: "Son nəticələrinə baxmayaraq, "Sportinq" çox yaxşı vəziyyətdədir. Komandanın daha yaxşı olacağına ümid edirəm. "Sportinq favoritdir.  Amma bunu meydanda sübut etməyə məcburdurlar. Portuqaliya futbolunun səviyyəsi yüksəkdir, Azərbaycan futbolundan daha böyükdür".
 
 
Qeyd edək ki,  Dieqo Koşta  2012-2014-cü illərdə "Qəbələ"də çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right