“London Azərbaycan ərazisi olardı, Mxitaryana giriş qadağan edilərdi” - FOTO

“Arsenal”ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib. Newsport.az xəbər verir ki, erməni futbolçunun zəif çıxışı fanatları özündən çıxarıb. 
Onlar feysbukda bununla bağlı maraqlı paylaşım ediblər. Paylaşımda isə bu sözlər yazılıb:
 
“Arzulayıram ki, kaş London Azərbaycanın bir hissəsi olardı və Mxitaryanın ora girişi qadağan edilərdi”.
 
Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ”la oyuna gələ bilməyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right