Sənan Qurbanov: "Komandada gərginlik var idi"

"Sumqayıt"la oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırdıq. Futbolçularda istək daha çox oldu, gərginlik yarandı. Çalışacağıq, qarşıdakı matçlarda öz oyunumuzu göstərək. İlk hissədə standart vəziyyətlərdən qollar buraxdıq. Qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik, çalışacağıq onlar təkrarlanmasın".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 9-cu turunda "Sumqayıt"la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

"Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Bu görüşdə uduza da bilərdik, qalib gələ də bilərdik. Müdafiədəki boşluqlar bizi narahat edir. Futbolçulara verilən tapşırıqların yerinə yetirilməsi alınmadı. Bunu da gərginliklə bağlayardım. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardır. Futbol səhvsiz olmur. Qarşılaşmanı analiz edəcəyik, problemləri aradan qaldırmağa çalışacağıq” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right