"Arsenal"da ciddi itki: "Qarabağ"a qarşı oynamayacaq

Premyer Liqanın 7-ci turunda "Uotford"u 2-0 hesabı ilə məğlub edən "Arsenal" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına göə, Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ"la səfər oyunu öncəsi "topçular"ın əsas qapıçısı Petr Çex zədələnib.

"Uotford"la görüşdə topu oyuna daxil edən zaman zədələnən futbolçuya tibbi yardım göstərilsə də, oyunu davam etdirə bilməyib. Çexin əvəzinə meydana almaniyalı qapıçı Bernd Leno daxil olub.

36 yaşlı əlcək sahibinin "Qarabağ"la matçı buraxacağı dəqiqdir. Ağdam təmsilçisi ilə görüşdə çərçivə Bernd Lenoya həvalə ediləcək.

London klubunun heyətində Sokratis Papastatopulos, Loran Koselni və Karl Cenkinson da zədədən əziyyət çəkirlər. Sead Kolaşinaç isə zədəsini sağaldıb.

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right