"Qol epizodlarını sağa-sola xərclədik" - Dario Frederiko

"Hər oyunda komandaya faydalı olmağa çalışıram. Keçən oyunda qol vurdum. Bu gün isə məhsuldar ötürmə ilə komandanın xal qazanmağında pay sahibi olduğum üçün şadam".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Dario Frederiko Azərbaycan Premyer Liqasının III turunda səfərdə "Qarabağ"la heç-heçə etdikləri matçı dəyərləndirərkən deyib. 

Braziliyalı futbolçu qələbə qazana bilmədiklərinə görə təəssüf hiss keçirdiklərini bildirib: "Heyf ki, müdafiədəki diqqətsizlikdən sonra qapımızda qol gördük. Bundan əlavə, hücumda qol epizodlarını sağa-sola xərclədik. Ona görə də sonda 1 xalla kifayətlənməli olduq. Bununla belə, "Qarabağ” kimi rəqiblə səfərdən 1 xalla dönmək yaxşı nəticədi. İnanıram ki, növbəti oyunlarda da daha da uğurlu nəticələr əldə edəcəyik”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right