Türkiyə millisinin üzvü "Lester"lə müqavilə imzalayır

Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İngiltərədə davam etdirə bilər.  

Newsport.az-ın məlumatına görə, Almaniyanın "Frayburq" klubunda çıxış edən futbolçunun xidmətində İngiltərənin "Lester" klubu maraqlıdır.  "Tülkülər" 22 yaşlı futbolçuya görə "Frayburq"a 21 milyon avro ödəməyə hazırdırlar.  

"Lester" gənc oyunçu ilə 6 illik müqavilə imzalamağı planlaşdırır.  

Məlumatı futbolçunun meneceri Mustafa Doğru da təsdiqləyib. O, hazırda danışıqların davam etdiyini, bütün məsələlərə yaxın günlərdə aydınlıq gələcəyini bildirib.  

Qeyd edək ki, Söyüncü "Altınordu"nun yetirməsidir.  O, "Frayburq"a 2016-cı ildə transfer olunub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right